Xətai rayonunda top mərmisi aşkarlandı

xetai-rayonunda-top-mermisi-askarlandi
Oxunma sayı: 853

Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 7 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həmin əraziyə göndərilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. 

Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək, agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Zenit top mərmisi ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.