Xəyanətdə ittiham olunan Gülbən danışdı

Xəyanətdə ittiham olunan Gülbən danışdı
Oxunma sayı: 3018

“Belə bir açıqlama verdiyim üçün kədərlənirəm. Hesabat vermək çox pis bir şeydir. İnsan günahkardırsa, özünü müdafiə edər. Amma haqsızlıqla üzləşirsə, haqqını tələb etməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri bir neçə həftədir ki, şəxsi həyatı ilə gündəmi zəbt edən Gülbən Ərgən deyib. Müğənni sükutu pozaraq Seda Sayanın aparıcılıq etdiyi proqrama telefonla bağlanıb.

O, eks-əri Erhan Çelikinin avtomobilinə hücum etməsi və evli olarkən Tolga Duğleslə eşq yaşaması barədə yayılan xəbərlərə münasibət bildirib:

“Mən haqlıyam. Mənə qarşı böyük bir linç kampaniyasına start verilib.  Kənardan dəhşətlə izləyirəm. Mən bu adamı sevdim, ikinci dəfə ailə qurdum. Qaşına, gözünə, ürəyinə aşiq oldum, çox güvəndim. Binanın altındakı dayanacağa gecə saatlarında avtomobillə gəlib, iki saat gözləyib. Maşınımı cızıq-cızıq edib.  Açıqlama verib ki, dostunu görmək üçün gəlib. Çox istərdim ki, dostunu görmək üçün gözləyib. 

Kaş deyərdi ki, medianın qara kampaniyasına inandım, səhv etdim. Biz iki il evli olmuşuq, amma o, bir il ayrı evdə qalıb. Mən heç kəsi aldatmamışam. Təssüf ki, uşaqlarımın məndə belə olmayan özəl və naməhrəm fotolarını instaqramda paylaşıb. Uşaqlarımın atasını zorla saxladım (Red: Mustafa Ərdoğan). Necə hamamda çəkilən fotolarını paylaşa bilər? Uşaqlarımı və atasını ondan qoruyacam.

Mənim uşaqlarımın aslan kimi atası var. Ona necə ata deyə bilər? Mən hüquq yolla savaşacam. Oturub məni müzakirə edirlər. Kim mənə əxlaq dərsi keçə bilər?".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi