“Xəzər Lənkəran” iki əcnəbi futbolçu alır

xezer-lenkeran-iki-ecnebi-futbolcu-alir-
Oxunma sayı: 648

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlardan biri 23 yaşlı yarımmüdafiəçi Salif Ballodur.

Malili futbolçunun son iş yeri ölkəsinin “Real Bamako” klubu olub. Klubun sıralarına qatdığı digər oyunçu isə 21 yaşlı forvard Siriman Maqassouba oldu.

Bu futbolçu da Malidəndir və komandaya həmyerlisi kimi “Real Bamako” klubundan keçib. Hər iki oyunçu ötən il Mali milli komandasının heyətinə çağırılıb.

Qeyd edək ki, adı çəkilən futbolçularla klub arasında 2,5 il müddətinə müqavilələr imzalanıb.