“Xəzər Lənkəran”ın Abdullayevdən – Cəza tələbi

xezer-lenkeranin-abdullayevden-ceza-telebi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, “Xəzər Lənkəran”ın bir qrup azarkeşi bununla bağlı “Facebook”da event yaradıblar. Onlar AFFA-dan “Neftçi”nin qapıçısı və Təhlükəsizlik Xidmətinin Əməkdaşlarını cəzalandırmağı tələb edirlər:

“Hesab edirik ki, AFFA Neftçi Futbol Klubunun qapıçısı Saşa Stamenkoviçi 28 May tarixində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş futbol üzrə Azərbaycan kubokunun finalında penalti vuran zaman Xəzər-Lənkəran futbolçularına qarşı etdiyi qeyri-etik və təxribatçı hərəkətlərinə görə cəzalandırmalıdır.

Eyni zamanda, şəkildə gördüyünüz Kamran Abdullazadənin sağlamlığına zərər vuran digər şəxslər, xüsusən, Güloğlan Cabbarov qanuna müvafiq cəzalarını almalıdırlar”.

Xatırladaq ki, Azərbaycan kubokunun qalibi “Neftçi” klubu olub.