Xocalı məsələsi Ağ Evdə

xocali-meselesi-ag-evde
Oxunma sayı: 638

Diasporla İş Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

25 yanvar 2013-cü il tarixindən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz Xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

Kampaniyada iştirak şərtləri

1. "Biz Xalqıq" kampaniyasında səsvermədə iştirak etməzdən öncə, siz "İştirak Şərtlərini" oxuduğunuza, qəbul olunmuş qayda və təlimatlara riayət etdiyinizə əmin olmalısınız.

2. "Biz Xalqıq" (We the People) kampaniyası Ağ Evlə əlaqə vasitələrinə məhdudiyyət qoymur, poçt və elektron poçt imkanlarını da istisna etmir.

3. "Biz Xalqıq" kampaniyasında iştirak etmək üçün siz WhiteHouse.gov ünvanında hesab yaratmalısınız.

4. Yeni hesab yaratmaq üçün öz mövcud e-mail ünvanınızdan istifadə etmək tələb olunur. Bunun üçün ilk olaraq saytda "Hesab yarat" (Create an account) bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Daha sonra orada e-mail ünvanına daxil olub sizə göndərilən linki təsdiqləməlisiniz.

5. Təsdiqlədikdən sonra "SİGN THİS PETİTİON" (Bu ərizəni imzala) düyməsini sıxaraq SƏS verə bilərsiniz.

Məhdudiyyətlər.

1. Hesab limiti: Hər şəxs yalnız bir İP ünvandan (bir kompyuterdən) səs verə bilər

2. İstifadəçi bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə Ağ Ev qeydiyyatda olan kompüterlərin İP ünvanının istifadəsinə məhdudiyyət qoyacaq.

Qeyd: petisiyanın müzakirəyə çıxarılması üçün ona 2013-cü il fevralın 25-ə qədər 100,000 adamın səs verməsi lazımdır.

Xatırladırıq ki, petisiyaya səs vermək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx?utm_source=wh.gov&utm_medium=shorturl&utm_campaign=shorturl