“Xorvatiyada 4 milyon məşqçi var” - Daliç

xorvatiyada-4-milyon-mesqci-var
Oxunma sayı: 1627

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirəcəkləri oyundan öncə jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Xorvatiyanın çempion olmaq şanslarını necə qiymətləndirirsiniz?

- Avropanın güclü klublarında oynayan yaxşı futbolçularımız var. Amma komanda olaraq uzun müddət bir şey qazanmadıq. Yaxşı nəticə almaq üçün bir şeyi dəyişdirmək lazım idi. Bu nəslin gücünü düzgün qiymətləndirmək lazım idi. Bu turnirdə biz dediyimizi etdik.

- Luka Modriçin çıxışını necə izah edirsiniz? Sanki meydanın hər yerindədir...

- O, iradəsini xarakterini, oynamaq arzusunu göstərir. Luka istədiyi hər şeyi əldə edir. Bu onun son dünya çempionatıdır. Digər oyunçular da ona kömək edirlər. Biz komanda şəklində çalışırıq.

- Kiçik bir ölkə 20 il bundan əvvəlki uğuru (Xorvatiya 1998-ci il dünya çempionatında 3-cü yerin sahibi olmuşdu) necə təkrar edə bilər? Bu böyük istedadı işidirmi?

- Bizdə heç bir şeyi xaric edilə bilməyəcəyi ölkə var. 4 milyon məşqçi var (Xorvatiya əhalisini nəzərdə tutur. Bu ölkənin cəmi 4,2 milyon əhalisi var.) və hər kəs futbol haqqında bilir. Bu iş və istedaddır. Xorvatiyada infrastruktu yaxşıdır və biz futbol oynayırıq.

- Tarixən Xorvatiya Rusiyaya dəstək göstərib. Damaqoy Vida və Oqnen Vukoyeviçlə baş verənlərə baxmayaraq onlar sizə dəstək olacaqmı?

Yaşadığımız hər şeyə görə minnətdaram və hər yerdə özümüzü möhkəmləndiririk. Əlbəttə ki, onların dəstəyini gözləyirik. Rusiyada bir neçə həftəmiz keçdi və yaddaşımızda dərin izlər buraxacaq.