Xudatda yol qəzası - Ölən və yaralanan var

xudatda-yol-qezasi
Oxunma sayı: 1917

Bu gün axşam saatlarında Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, yük maşını (TIR) ilə VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan Xudat sakini,  21 yaşlı Qəmrayev Anar Xosrov oğlu yerləşdirildiyi Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.  

27 yaşlı Qəmrayev Elçin Zöhrab oğlu isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.