Yağış sabah kəsəcək

yagis-sabah-kesecek
Oxunma sayı: 638

Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 12-də Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Nigar Məmmədli