Yağış yağacaq

yagis-yagacaq
Oxunma sayı: 654

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir.

Nigar Məmmədli