Yağışa görə Nərimanovda İşçi Qrup yaradıldı

yagisa-gore-nerimanovda-isci-qrup-yaradildi
Oxunma sayı: 3340

Bu gün səhər saatlarından Bakıda başlayan aramsız yağış nəticəsində yaranan fəsadların qarşısının alınması məqsədilə Nərimanov rayon İcra Hakimiyyətində İşçi Qrup yaradılıb.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının və Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin səyi nəticəsində bəzi prospekt və küçələrdə yığılmış yağış suları təmizlənib.

Bundan başqa, həyətyanı evlərin su dolmuş həyətləri sakinlərin köməkliyi ilə xusis texnika ilə yağıntı sularından təmizlənib. Artıq demək olar ki, Nərimanov rayon ərazisində yağışın yaratdığı bu vəziyyətlə bağlı narahatlıq doğuran heç bir məqam qalmayıb.

Qeyd olunur ki, rayonun bütün prospekt və küçələrində hərəkət bərpa olunub. İşçi Qrup gün ərzində fəaliyyətini davam etdirəcək.