Yanğın baş verən “zapravka”dan - Fotolar + 2 yaralı var

yangin-bas-veren-zapravkadan
Oxunma sayı: 3886

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Separadi kəndində Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri çağırılıb.
 
Yanğın lokallaşdırılıb.

***

 Yaralananlar yanacaqdoldurma məntəqəsinin sahibi Çingiz Allahverdiyev və həmkəndlisi Tərlan Məmmədovdur. Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ç. Allahverdiyevin vəziyyətinin ağır olduğu deyilir. Onlar reanimasiya şöbəsindədirlər.

Qeyd edək ki, yanacaq dolduran boruda sızma baş verib, bu zaman yanğın olub. 

***

"Qafqazinfo" hadisə yerindən fotoları təqdim edir: