Yanğın törədən daha iki nəfər saxlanılıb

yangin-toreden-daha-iki-nefer-saxlanilib
Oxunma sayı: 1441

Ölkə ərazisində yanğın hadisələrinə görə daha iki nəfər saxlanılıb. 

DİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb. Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.