YAP-çı gənclər Rumıniyaya gedir

yap-ci-gencler-ruminiyaya-gedir
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, YAP Gənclər Birliyi Rumıniyanın hakim Liberal Demokrat Partiyası Gənclər Birliyinin dəvəti ilə 11- 17 iyun tarixlərində bu ölkədə səfərdə olacaqlar. Səfər çərçivəsində YAP Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyanın Liberal Demokrat Partiyasının bir sıra rəsmiləri ilə, parlamentin deputatı Danuts Liga ilə, partiyanın müxtəlif bölgələrdən olan gəncləri ilə görüşəcəklər. Hər iki tərəf münasibətlərin daha da inkişaf etməsi üçün qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparacaq. Nümayəndə heyəti, həmçinin, Rumıniyanın parlament binasında olacaq, ölkənin ali qanunverici orqanında iş prosesini izləyəcəklər.

Səidə Teyyubqızı