YAP-çı gənclər Şamaxıda

yap-ci-gencler-samaxida
Oxunma sayı: 641

Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, YAP Gənclər Birliyinin fəalları əvvəlcə Şamaxı şəhərində Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra YAP-ın Şamaxı rayon təşkilatının binasında “Müasir Azərbaycan 20- inkişafın yeni mərhələsi” mövzusunda diskussiyada iştirak etdilər. Milli Məclisin deputatlarından Aydın Mirzəzadə və İlham Məmmədov ölkəmizin 20 ildə keçdiyi inkişaf yolu, iqtisadi, sosial və s. sahədə qazanılan uğurlar, respublikamızın beynəlxalq sferada əldə etidiyi nailiyyətlərindən danışdılar. Şamaxı gənclərinin də iştirakı ilə keçən diskussiyada millət vəkilləri gənclərin suallarının cavablandırdılar, maraqlı fikir mübadiləsi aparıldı.

Günün ikinci yarısı isə partiya fəalları Prezident İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunan Şamaxı rəsədxanasına və digər görməli yerlərə səfər ediblər.