YAP Gəncə şəhər təşkilatı səhiyyə işçiləri ilə görüş keçirib

yap-gence-seher-teskilati-sehiyye-iscileri-ile-gorus-kecirib
Oxunma sayı: 1685

Bu gün YAP Gəncə şəhər təşkilatı şəhər Səhiyyə İdarəsində partiya fəalları ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, yığıncağı şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev açaraq, Ulu öndər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla həyata keçirilməsindən söz açıb, Gəncə səhiyyəsində əldə edilən uğurlardan danışıb.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək, Ölkə Başçısının Gəncəyə, gəncəlilərə olan diqqət və qayğısı nəticəsində Nizami yurdunun günü-gündən gözəlləşdiyini qeyd edib. Millət vəkili şəhərdə aparılan böyük abadlıq-quruculuq işlərində ictimaiyyətin, partiya fəallarının rolunu xüsusilə vurğulayıb.

YAP Gəncə şəhər təşkilatı Qadılar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədi ilə YAP şəhər Təşkilatı tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Görüş maraqlı diskussiya şəraitində keçib, partiya fəallarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri, İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib.