Yaponiya Koreyanın raketini vuracaq

yaponiya-koreyanin-raketini-vuracaq
Oxunma sayı: 643

“Qafqazinfo” nun “Azərtac”-a istinadən verdiyi xəbərə görə, hökumətin baş katibi Osamu Fuzimura bildirib ki, hadisələrin normal inkişafı şəraitində raket və ya onun hissələri Yaponiya ərazisinə düşməyəcək. Ona görə də əhalidən xahiş edirik ki, öz gündəlik həyatlarına davam etsinlər.

KXDR süni peyk daşıyan raketin dekabrın 10-dan 22-dək olan tarixdə günün birinci yarısında buraxılacağı barədə məlumat yayıb. Raketin uçuş trayektoriyası Yaponiyanın cənubundakı Sakizima arxipelaqı üzərindən keçəcəkdir. Lakin hökumət gözlənilməz vəziyyət yaranacağı və ya qəza baş verəcəyi təqdirdə raketin qırıntılarının ölkə ərazisinə düşəcəyindən ehtiyat edir. Bunun qarşısını almaq üçün Şərqi-Çin və Yapon dənizlərinə “Aegis” radar sistemi və SM3 raketləri ilə təchiz edilmiş üç esmines göndərilib. Raket əleyhinə müdafiə sisteminin ikinci qrupuna “Patriot PAC3” zenit kompleksləri daxil edilib.
Bu komplekslərdən dördü ölkənin cənubundakı Okinava prefekturasında, üçü isə paytaxt rayonunda yerləşdirilib.

Süni peyk daşıyacaq raketin KXDR-in qərbində yerləşən Sohe kosmodromundan buraxılacağı gözlənilir. Raketin hər üç hissəsinin bu kosmodromda artıq quraşdırıldığı barədə məlumatlar yayılıb.