Yaponiyada ABŞ-a aid qırıcı havada alışıb

yaponiyada-abs-a-aid-qirici-havada-alisib
Oxunma sayı: 674

Yaponiyada ABŞ-a məxsus F-16 qırıcısının mühərriki havada yanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mühərrikin yandığını görən pilot iki yanacaq çənini Oqavara gölünə buraxmalı olub. Daha sonra isə yerləşdiyi hərbi bazaya qayıdıb. 

Ölən və zərərçəkənlərlə bağlı məlumat yoxdur. 

Hadisə şahidləri olan balıqçıların sözlərinə görə, çənlər qayıqlardan 400 metr uzaqlığa düşüb. Həmin vaxt göldə 4-5 qayıq olub.

Yaponiyanın Müdafiə naziri İtsunori Onodera Amerika tərəfindən izahat tələb edəcəyini, baş verənlərin səbəblərinin araşdırılacağını və analoji halın təkrarlanmaması üçün tədbirlər görüləcəyini qeyd edib.