Yaponiyadan İrana zərbə

yaponiyadan-irana-zerbe
Oxunma sayı: 650

“Media forum” saytının məlumatına görə, bankın sözçüsü mayın 16-da jurnalistlərə deyib ki, İran vəsaitinin köçürülməsinin dayandırılması ABŞ məhkəməsinin İrana qarşı qəbul etdiyi bir qərarla bağlıdır: “ABŞ məhkəməsinin qərarı İranın 1983-cü ildə Beyrutda ABŞ dənizçilərinə qarşı törədilən partlayışlarda iştirakda günahlandırılması ilə əlaqədardır. Bizim bu addımımız isə ABŞ məhkəməsinin İrana qarşı qəbul etdiyi qərarın icrası ilə bağlıdır. Lakin biz İran hökumətinə bağlı şəxslərdən kimlərin “Mitsubişi” bankında hesabı olmasını açıqlaya bilmərik. Çünki İran külli miqdarda pul köçürmələrini bankımız vasitəsi ilə həyata keçirir”.

1983-cü il oktyabrın 23-də Livanda vətəndaş müharibəsi getdiyi bir vaxtda bomba dolu iki avtomobilin ABŞ və Fransa dənizçilərinin iqamətgahına çırpılması nəticəsində 299 nəfər ölüb. Terror aktında ölənlərdən 241 nəfəri amerikalı, 58 nəfəri isə fransız hərbçilər olub. “İslami Cihad” təşkilatı əməliyyatı üzərinə götürsə də, İranın həmin terror əməliyyatında rol oynaması ilə bağlı gümanlar ortaya atılıb.