Yəhudilər məscidi zorla qəsb etdilər

yehudiler-mescidi-zorla-qesb-etdiler-
Oxunma sayı: 700

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, on mindən çox yəhudi müqəddəs saydıqları Pesah bayramını qeyd etmək üçün Fələstinin işğal altındakı İordan çayının qərb sahilindəki “əl-Xəlil” məscidinə axışıb.
Fələstinlilər işğalçı İsrail rejiminin yəhudilərin təhlükəsizliyini təmin etmək üçün əl-Xəlil şəhərinin Tariq ibn Ziyad, əs-Səhlə və köhnə məhəllə səmtlərinə giriş-çıxışı məhdudlaşdırıblar.

Xəbərlərdə İsrail rejiminin yəhudilərin “əl-Xəlil” məscidində rahat ibadət etmələri üçün müsəlmanların məscidə girişinə qadağa qoyaraq, iki gün müddətində məsciddə azan ifa edilməsinə icazə verməyiblər.

Məlumat üçün deyək ki, yəhudilər və müsəlmanlar arasında iki hissəyə bölünən “əl-Xəlil” məscidi yəhudi bayramları zamanı tamamilə qəsb edilir. İşğalçıların məscidə verdikləri zərər isə bayramdan sonra müsəlmanlar üçün qoyulan qadağa aradan qaldırıldığı zaman ortaya çıxır.