Yeni koalision hakimiyyət qurulur

yeni-koalision-hakimiyyet-qurulur
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, “Armenia Today” xəbər verir ki, koalisiyanı Respublika və “Orinats Erkir” partiyaları yaradır.

Respublika Ermənistanın hakim partiyasıdır. Onun lideri Serj Sarkisyan ölkə prezidenti postunu tutur. “Orinats Erkir” partiyası respublikaçılara müxalifətdə olub, 2008-ci ildə hakim partiyanın tərəfinə keçib. Partiyanın sədri Artur Bağdasaryan ölkənin Milli Təhlükəsizlik Şurasının katibi postunu alıb, bu günədək həmin vəzifədədir.

Hakim partiya səslərin 44,69 faizini alıb. Koalisiya ortağı "Çiçəklənən Ermənistan" Partiyası 30,2 faiz səs alaraq ikinci yeri tutub.
Qeyd edək ki, bundan əvvəlki parlament seçkilərindən sonra hakim respublikaçılar "Çiçəklənən Ermənistan" və “Daşnaksütun” partiyaları ilə koalisiya yaratmışdı. Ermənistan hakimiyyətinin Türkiyəyə yaxınlaşmasına etiraz olaraq koalisyanı tərk etmişdi.