Yeni köpək balığı növü kəşf edildi

yeni-kopek-baligi-novu-kesf-edildi
Oxunma sayı: 2137

Meksika körfəzində yeni köpək balığı növü kəşf edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Florida ştatından olan elm adamları “Squalus clarkae” adı verilən böyük gözlü yeni növ köpək balığı kəşf ediblər.

“Zootaxa” jurnalında dərc olunan tədqiqat işində Meksika körfəzi və Atlantik okeanının dərinliklərində yaşayan, nisbətən daha kiçik olan yeni növün uzunluğunun 50-70 santimetr olduğu bildirilir.

Yeni növün adı 2015-ci ildə 92 yaşında həyatla vidalaşan, köpək balıqları üzərində apardığı tədqiqatlarla tanınan dəniz biologiyasının məşhur siması Yevgeni Klarkın şərəfinə verilib.