Yol polisi qəzaya səbəb olub qaçdı- - Fotolar

yol-polisi-qezaya-sebeb-olub-qacdi-
Oxunma sayı: 3398


“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı “ans press” portalının “qaynar xətt”inə Xudat şəhərindən zəng edərək xəbər veriblər. Şahidlərin sözlərinə görə, YPX-in sürücüsü 10 OK 765 nomrəli Jiquli markalı "VAZ 2107" minik maşınını qovan zaman qəza baş verib.

Hadisə zamanı xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib. Bu informasiyanı ətrafda olan sürücülər də təsdiq edib.

Qeyd edək ki, qəzadan sonra 10 YP 769 markalı YPX maşını hadisə yerindən uzaqlaşıb.

10 OK 765 markalı minik maşınının sürücüsünün Quliyev Saleh olduğu deyilir.