Yolları bağladılar

yollari-bagladilar
Oxunma sayı: 647

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov cümə günü Trend-ə bildirib ki, mərkəzi kanalzasiya kollektorunun çəkilişi ilə əlaqədar bu gün saat 22:00-dan Həsən Əliyev və Səməd Vurğun küçələrinin yolayrıcında avtomobillərin hərəkəti oktyabrın 24-dək tam məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Oktyabrın 22-dən isə Ziya Bünyadov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində körpü tikintisi ilə əlaqədar hər iki istiqamətdə nəqliyyatın hərəkəti bir ay müddətində tam məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, oktyabrın 18-də təmir işlərinin aparılması ilə əlaqədar Mətbuat prospekti də bağlanıb.