Yubiley başladı

yubiley-basladi
Oxunma sayı: 656

Reportyorumuzun sözlərinə görə, Müsavatın 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Türkiyədən, Polşadan, Ukraynadan, Almaniyadan, Gürcüstandan və digər Avropa ölkələrindən qonaqlar təşrif buyurub: "Onlarla yanaşı, yubileydə Azərbaycan siyasi arenasının tanınmış simaları, millət vəkilləri, İctimai Palataya daxil olan və olmayan partiyaların lider və funksionerləri qatılıblar. Dəvətlilər sırasında vaxtilə Müsavat üzvü olan, sonradan müəyyən səbəblərdən partiyadan çıxan şəxslər də var".

F.Olqaroğlunun verdiyi xəbərə görə, pariyanın iclas salonu gələn qonaqlar üçün darısqallıq edir, ona görə də Müsavat partiiyasının üzvləri öz yerlərini qonaqlara verərək dəhlizdə, həyətdə dayanıblar. Buna səbəb odur ki. partiyanın yubileyinin keçirilməsi üçün nəzərdə tutulmuş "Ambassador" oteli son günlərdə tazılaşmadan imtina edib".

Reportyorumuz xəbər verir ki, yubiley tədbirini giriş sözü ilə açan İsa Qəmbər qonaqları salamlayıb, onlara təşəkkürünü bildirdikdən sonra nitq söyləmək üçün sözü qonaqlara verib.

musavat.com