“Yujnıy Kavkaz» jurnalının Tiflis və Suxumda təqdimatı keçirilib

yujniy-kavkaz-jurnalinin-tiflis-ve-suxumda-teqdimati-kecirilib
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya və Osetiya yazarlarının əsərlərindən ibarət toplu rus dilindədi.
Birinci sayda Elçin Hüseynbəylinin, Elxan Zalın, Səlim Babullaoğlunun, Məqsəd Nurun, Rafiq Tağının əsərləri yer alıb.

İkinci saya Qulu Ağsəsin şeirləri, Günel Anarqızı və Vahid Məmmədlinin hekayələri, Rəhman Bədəlovun Bakı haqqında essesi, Şirməmməd Nəzərlinin “Bakı lövhələri” silsilə fotosu daxil edilib.
Tədbirdə ədəbiyyat, mətbuat və QHT nümayəndələri, beynəlxalq təşkilatın təmsilçiləri, xarici qonaqlar iştirak ediblər.

Avropa Birliyinin “Güney Qafqazda dialoq və psixoloji sədlərin keçilməsi» layihəsi çərçivəsində reallaşdırılan almanaxı İngiltərəninin “İnternational alyort” qeyri-hökümət təşkilatı, Britaniya hökumətinin maliyyə dəstəyilə gerçəkləşdirir.
Almanaxla yanaşı, region yazarlarının internet portalı da fəaliyyət göstərir.

Nigar