Yüksək xidmət, münasib qiymət – “Bazarstore”

yuksek-xidmet-munasib-qiymet-bazarstore
Oxunma sayı: 946

Həmin marketlərdə xidmətin yüksək səviyyədə qurulması, müştəriyə göstərilən böyük diqqət Azərbaycan vətəndaşını təccübləndirməyə bilməzdi və bir anda ürəyimizdən belə marketlərə ölkəmizdə də, heç olmasa paytaxtda rast gəlinməsi arzusu keçərdi. Artıq bu arzu reallaşıb, desək heç də yanılmarıq. Bakının ən böyük ticarət şəbəkələrindən biri olan «Bazarstore» adlanan satış şəbəkəsinin fəaliyyətini yeni konsepsiya ilə qurması diqqət cəlb edir. Bu satış şəbəkəsini səciyələndirən bəzi xüsusiyyətlər hətta xarici ölkələrdəki o məşhur supermarketləri üstələyir. Azərbaycan alıcısını bu gün maraqlandıran və cəlb edən əsas amil qiymətdir. Bu zərurəti nəzərə alan «Bazarstore» marketlər şəbəkəsi rəhbərliyinin atdığı ilk addım qiymətlərin aşağı salınması olub. Çoxlu sayda alıcılarla söhbətimiz zamanı onun şahidi olmuşuq ki, şəbəkədəki malların qiymətləri digər ticarət obyektlərindəkindən münasib qiymətləri ilə fərqlənir. Ucuzlaşma həm ərzaq, həm də qeyri-ərzaq malları olmaqla ümumilikdə burada satılan 15-20 min adda məhsulun böyük əksəriyyətini əhatə edir. Şəbəkə vasitəsilə satılan malların yarıdan çoxunda qiymətlər əvvəlki səviyyədən aşağı düşüb. «Bazarstore» buna bəzi xərcləri azaltmaq və daha effektiv marketinq siyasəti sayəsində nail olub. Belə ki, ilkin araşdırmalar göstərib ki, əvvəlki idarəçilər bəzi sahələrə (məsələn, mühafizəyə) lazım olduğundan artıq vəsait sərf edir, istehsalçı şirkətlərdən malı optimal qiymətlərlə ala bilməyiblər. İndiki rəhbərlik isə bu iş daha yaxşı təşkil edə bilib, bu isə xərcləri optimallaşdırmağa və qiymətləri aşağı salmağa imkan verib.

«Bazarstore» ölkəmizdə barmaqla sayla bilən ticarət şəbəkələrindəndir ki, məhsulların çeşidlərinin bolluğu ilə seçilir və hələ heç bir alıcını hansısa malın olmamasına görə, boş qaytarmır satılan malların çeşidində böyük dəyişikliklər var. Məsələn, əvvəllər olmayan ət satışına başlanıb. Bəzi məhsullar, o cümlədən süd və toyuq məhsullarının çeşidləri artıb və sair. Şəbəkədə ancaq xüsusi nəzarətdən keçmiş mallar satılır. Bu şəbəkədə malın alıcıya çatdırılmasına qədər xidmət mükəmməl qurulub.

Adətən Türkiyədə bayramlarda supermarketlər böyük qiymət endirimlərinə gedərək, bütün vətəndaşların evində bayram süfrəsi açılsın. Bizdə isə həmişə bayramlardan sui-istifadə edən bəzi alverçilər qiymətin üzərinə əlavə qiymət qoyaraq, satdığı malı sadə vətəndaş üçün daha da əlçatmaz edirdi. Bu deyilənləri «Bazarstore»yə aid etmək insafsızlıq olar. Şəbəkə həm bayramlarla əlaqədar, həm də mövsümlə bağlı endirimlərə gedir, bu da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Bunu «Bazarstore»da aparılan islahatların məntiqi nəticə verməsi kimi qəbul etmək olar. Əks təqdirdə əvvəllər qiymətləri nisbətən imkanlı təbəqə üçün uyğun olan şəbəkənin müştəri auditoriyası genişlənməz, satış mağazalarında imkanlıdan tutmuş kasıba qədər hər kəsə rast gəlinməzdi. Artıq gəlirdən asılı olmayaraq hər kəs «Bazarstore»un daimi müştərisinə çevrilib. Birmənalı demək olar ki, buna satış şəbəkəsindəki məhsul çeşidinin bolluğu, qiymətlərin münasibliyi və ən əsası, yüksək keyfiyyət tam şərait yaradır. «Bazarstore»nin bu fəaliyyəti təkcə özünə hesablanmayıb. Bu siyasət ölkəmizdə narahatçılıq doğuran süni qiymət artımının qarşısının alınmasına yönəlib.

Qeyd edək ki, həmişə istehlak bazarında, marketlərdən narazılıq edən bir çox mütəxəssislər də «Bazarstore» haqqında fərqli düşünürlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovu bir alıcı kimi «Bazarstore»də razı salan və digərlərindən fərqləndirən əsas xüsusiyyətlər çoxdur: «Mən satış mərkəzləri haqqında həmişə tənqid danışıram. Burada hansısa şəbəkəni reklam etmək niyyətim də yoxdur. Sadəcə müşahidələrimə əsasən deyə bilərəm ki, «Bazarstore»də vətəndaş kimi istədiyin hər bir malı tapmaq mümkündür. İkincisi, məhsulun satıldığı hər bir mağaza şəbəkəsi genişdir. Zallara daxil olanda, sıxılmırsan, böyük növbə olsa belə darıxdırıcı gəlmir. Mal və məhsulun saxlanmasından başlayaraq, daşınmasına qədər bütün xidmətlər yüksək səviyyədə qurulub. «İstehlakçı həmişə haqlıdır» prinsipinə əməl edən bu şəçbəkədə satıcılar müştərilərə böyük istəklə normal xidmətlər göstərirlər».

Birlik rəhbəri olaraq oradan heç bir nöqsan eşitmədiyini deyən E.Hüseynov qiymətləri də normal hesab edir və onun sözlərinə görə, əgər hər hansı problem olsaydı, mütləq şikayətlər daxil olardı. «Arzu edək ki, digər marketlərdə də xidmətlər belə yüksək səviyyədə qurulsun».

Qeyd edək ki, «Bazarstore» fəaliyyəti hələlik paytaxtda cəmlənib.

Lakin şirkət rəhbərliyi bunu qənaətbəxş hesab etmir. İstehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan bu satış şəbəkələri çox keçmədən bütün ölkə ərazisini əhatə edə biləcək.

Həmçinin onu da nəzərinizə çatdırırq ki, “Bazarstore” “Brand Award-2011” mükafatına layiq görülüb.

Qeyd edək ki, şirkət rəhbərliyi “Bazarstore” əməkdaşlarına böyük dəyər verir. Belə ki, burada fəaliyyət göstərən insanlar üçün əlverişli iş şəraiti yaratmaqla və onların daha da maariflənməsi üçün tədrislər həyata keçirir.