Zabitlərimiz qazdan zəhərləndi

zabitlerimiz-qazdan-zeherlendi
Oxunma sayı: 656

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu, Ə.Cəlil küçəsi, 51 ünvanında qeydə alınıb. Milli Ordunun həmin ünvanda kirayədə yaşayan zabitləri - Naxçıvan Muxtar Respublikası Babək rayon sakini, 22 yaşlı Məmmədov Əbülfət Vəli oğlu, Goranboy rayon sakini, 22 yaşlı Qasımov Rafiq Nəsib oğlu və 22 yaşlı Məmiyev Elməddin Zamin oğlu dəm qazından zəhərləniblər.

Onlardan Məmmədov hadisə yerində ölüb. Digər iki zabit isə hospitala yerləşdirilib.

Onların hər üçü leytenantdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə açıqlamasında faktı təsdiqləyib.