Zabrat yolunda təmir işləri yekunlaşır

zabrat-yolunda-temir-isleri-yekunlasir
Oxunma sayı: 651

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində işlər sürətlə davam etdirilir.

Yolun keçdiyi ərazidə mühəndis-kommunikasiya qurğuları zəruri olan yerlərdə dəyişdirildikdən sonra təmir işlərinə start verilib.
Yolun artıq 5,2 metrlik hissəsinə 3 qat asfalt-beton örtük döşənib. 5,5 km-lik hissədə bardürlər yenisi ilə əvəzlənib, təxminən 4 km-lik məsafədə isə xətləmə işləri yerinə yetirilib.

Tərtib olunmuş qrafik əsasında həyata keçirilən işlərin avqust ayında başa çatması planlaşdırılır.