Zakir Həsənov NATO toplantısında iştirak edəcək

zakir-hesenov-nato-toplantisinda-istirak-edecek
Oxunma sayı: 649

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüsselə gedib.

"Qafqazinfo" xəbər verir ki, o, Əfqanıstanda həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.