“Zamiqlə məni çox yaraşdırırlar” – - Nanə

zamiqle-meni-cox-yarasdirirlar-
Oxunma sayı: 4144


“Qafqazinfo”ya müsahibəsində teleaparıcı Zamiqlə yaxın dost olduqlarını bildirib:

“Zamiqlə nişanlanmağımız xəbəri yalandır. Biz Zamiqlə çox yaxşı dostuq. İnsanlar həmişə görmək istədiklərini danışırlar və çox qəribədir ki, dedikləri həmişə gerçəkləşir. Yəqin, tamaşaçılar Zamiqlə məni çox yaraşdırırlar. Mən şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Bu yaxınlarda doğum günümdə efirə iki Nanəni çıxartdım. Nanə Ağamalıyevanın qonağı Nanə Ağamalıyeva idi. Çox maraqlı veriliş alındı. Orada da şəxsi həyatımdan yalnız 1 məqama toxundum. Zamiqlə də bağlı danışmaq istəmirəm. Başa düşə bilmirəm bu məlumatları kim yayır, necə yayır? Yanımda kim olur gedir çatdırır. Tezliklə bu haqda maraqlı, geniş açıqlama verəcəyik, Zamiqlə sürpriz edəcəyik, amma indi bu haqda danışmaq istəmirəm”.

Teleaparıcının geniş müsahibəsini "Qafqazinfo"da sabah təqdim edəcəyik.

Könül