Zəlzələ qurbanlarının sayı 30-u ötüb

zelzele-qurbanlarinin-sayi-30-u-otub
Oxunma sayı: 981

Ötən gün Papua -Yeni Qvineyada baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 30-u keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Post Courier” nəşri məlumat yayıb.

Məlumata əsasan, 300-dən çox insan isə xəsarət alıb. Hela və Sautern-Haylends əyalətlərində elektrik təchizatında problem yaranıb. Bundan əlavə zəlzələ avia əlaqənin pozulmasına səbəb olub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 7,5 bal gücündə yeraltı təkan Porqera şəhərindən 89 kilometr cənub-qərbdə,  35 kilometr dərinlikdə qeydə alınıb.