Zəngilanın işğalından 18 il ötür

zengilanin-isgalindan-18-il-otur
Oxunma sayı: 669

Qarabağın son qalası olan Zəngilan işğal olunan sonuncu rayon oldu. Zəngilanın 235 şəhidi var. Rayon təbii sərvətlərlə zəngin idi. Bu gün ermənilər həmin sərvətləri talan etməklə yanaşı, onları dünyaya «erməni məhsulu» kimi təqdim etməyi də unutmurlar…

Bu gün Şəhidlər xiyabanında Zəngilanın işğalı gününə həsr olunmuş mərasim keçirilib. Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun, millət vəkili İmamverdi İsmayılovun, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovun, Milli Məclis əməkdaşlarının, zəngilan ziyalıların iştirak etdiyi anım mərasiminə 100-ə qədər zəngilanlı qatılıb. Mərasim iştirakçıları 20 Yanvar şəhidlərini ziyarət edəndən sonra Zəngilan rayonunda şəhid olmuş və Şəhidlər xiyabanında dəfn olunmuş zəngilan övladlarının da məzarlarını bir-bir ziyarət edərək məzarları önünə gül dəstələri qoyublar, onların ruhuna dualar oxunub.
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, onlar öz torpaqlarının azad olunacağına inanırıq və bu yolda atılan hər bir addımı dəstəkləyir.

İcra başçısı vurğulayıb ki, Zəngilan ermənilərim mühasirəndə olarkən əhalinin İran ərazisinə keçməsi üçün Heydər Əliyev danışıqlar aparıb, əhalini xilas edib: “Əks təqdirdə bizi Xocalıdan da dəhşətli qırğın gözləyirdi”

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov isə qeyd edib ki, işğal olunmuş rayonların hər birinin əhalisi onlara yaradılan şəraitdən razıdır. Lakin bu insanlar öz torpaqlarına qayıtmağı hər şeydən üstün tuturlar: «Biz inanırıq ki, o gün uzaqda deyil. Ali baş komandanın apardığı danışıqlar, yürütdüyü siyasət bizdə inamı daha da artırır».