Zəvvarları daşıyan avtobus qəzaya düşdü

zevvarlari-dasiyan-avtobus-qezaya-dusdu
Oxunma sayı: 1180

Türkiyəli zəvvarları daşıyan avtobus Mədinə şəhərində qəzaya düşüb.

“Qafqazinfo” “ajanshaber”ə istinadən xəbər verir ki, səhrada qum fırtınası ucbatından bir-birini görməyən avtobus və  “Pikap” yük avtomobili toqquşub. Bu zaman hər iki nəqliyyat vasitəsi alovlanıb, yük maşını partlayıb. Hər iki sürücü ölüb, bir neçə zəvvar xəsarət alıb.

Aysel Kərimova