Zibilxanadan yığılan butulkalarla sənət əsəri - Video

zibilxanadan-yigilan-butulkalarla-senet-eseri
Oxunma sayı: 642

Cənubi Afrikanın Yohannesburq şəhərində plastik qablardan hazırlanmış əsərlərin sərgisi açılıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, sənət əsərlərinin müəllifi isə Mbonqeni Buthelezidir.

O, sərgidə butulkaları insanlara və ətraf mühitə verdiyi ziyana diqqət çəkmək istəyib.

Sənətçi bir əsərində təxminən 5 min plastik qab istifadə edir. Əsərləri 15 min dollara satılır.

Buthelezinin əsərləri ABŞ, Almaniya və Çexiyada da sərgilərdə nümayiş edilib.