Zığ-aeroport yolunda yenilik

zig-aeroport-yolunda-yenilik
Oxunma sayı: 661

Milli.Az xəbər verir ki, Day.Az saytının əməkdaşı bunun səbəbini öyrənmək üçün "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxlayıb.

"Bildiyiniz kimi, Zığ-aeroport yolunda tez-tez yol-nəqliyyat hadisələri baş verir. Yolda baş verən qəzalardakı ölüm hallarını nəzərə alaraq belə bir qərar qəbul olunub ki, beton çəpərlər metal çəpərlərlə əvəz olunsun. Məsələ burasındadır ki, bəzi sürücülər yüksək sürətlə hərəkət edirlər, beton çəpərlərə dəyərək həlak olurlar. Metal çəpərlər qoyulduqdan sonra bu yoldakı ölüm halları nisbətən azalacaq", - o qeyd edib.