“Zirə” Sumqayıtda şok yaşadı - Video

zire-sumqayitda-sok-yasadi
Oxunma sayı: 1907

Azərbaycan Premyer Liqasında 9-cu tur çərçivəsində daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Zirə” “Sumqayıt”ın qonağı olub.

Ayxan Abbasovun yetirmələri qazanılacaq xal və ya xallar sayəsində ən azı 1 günlük zirvəni ələ keçirmək imkanına malik idi. Lakin “Sumqayıt” zirəlilərin bu arzusunu gözündə qoyub.

“Sumqayıt” – “Zirə” - 2:1

Qollar: Amil Yunanov, 38, Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 4