“Zirə”dən yeni transfer

zireden-yeni-transfer
Oxunma sayı: 2689

“Zirə” yay transfer pəncərəsində heyətinə daha bir futbolçu əlavə edib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi Pərdis Fərcad-Azadla anlaşıb. 30 yaşlı hücumçu ilə bir illik müqavilə bağlanılıb.
 
Qeyd edək ki, o, daha əvvəl Almaniyanın "Karl Tsyaysyena" və "Berliner", ölkəmizdə isə  "Sumqayıt" və "Keşlə"nin şərəfini qoruyub.