Həmdi XXI turun ən yaxşı futbolçusu seçilib

hemdi-xxi-turun-en-yaxsi-futbolcusu-secilib
Oxunma sayı: 1180

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.

"Qafqazinfo" Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, “Zirə”nin yarımmüdafiəçisi Bilal Həmdi turun ən yaxşı futbolçusu seçilib.

“Keşlə” komandası ilə görüşdə 90 dəqiqə meydanda olan Bilal Həmdi komandasının qələbəsində vacib rol oynayıb. Araşdırmalara əsasən, Bilal Həmdi turun ən yaxşı indeksə malik futbolçusudur.