Ziya Məmmədov qiymət artımına etiraz edən 8 sürücünü qovub

ziya-memmedov-qiymet-artimina-etiraz-eden-8-surucunu-qovub
Oxunma sayı: 2081


"Qafqazinfo" xəbər verir ki, bu barədə AzVision.az-a sürücülər özləri məlumat veriblər. 

Bildiriblər ki, ANS telekanalı bir müddət öncə “London taksi”lərlə bağlı reportaj hazırlayıb və efirə gedən kadrlarda sürücülərin görüntüləri əks olunub. Buna görə də, “Bakı Taksi” MMC-nin rəhbərliyi efirə gedən videoda görünən sürücüləri işdən çıxarıb. 

Eləcə də, digər sürücülərə xəbərdarlıq edilib ki, heç bir KİV-ə şikayət xarakterli məlumat verməsinlər, əks halda işdən kənarlaşdırılacaqlar.