Ziya Məmmədovdan yeni - - Təyinat+Foto

ziya-memmedovdan-yeni-
Oxunma sayı: 2747


"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, Nəqliyyat Naziri Ziya Məmmədovun 17 avqust 2015-ci ilə tarixli əmri ilə Rüfət İmanov Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru təyin olunub.

Nazirin daha öncə imzaladığı əmrlə isə NİİM-in keçmiş baş direktoru Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.İmanov bundan əvvəl NİİM-də İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

“Qafqazinfo”