Zorik ad gününə lüt gələnlərdən danışdı - Fotolar

Zorik ad gününə lüt gələnlərdən danışdı - <font color=red>Fotolar</font>
Oxunma sayı: 305

"Hər il olduğu kimi bu il də doğum günümü təmtəraqla qeyd etdim. Bu il 28 yaşımı ən bahalı 5 ulduzlu otellərin biridə təşkil etdiyim məclisə sayılıb-seçilən dostlarımı dəvət etmişdim. Qonaqlar arasında şou-biznesdən uzaq iş adamları da olduğundan, məclisin mediada işıqlandırmasını istəmədim. Ad günüm bitər-bitməz, gecədən başlayaraq məni istəməyən insanlar tərəfindən dırnaqarası saytlarda ad günüm barədə xoşagəlməz sözlər yazdılar. Düzdür, o saytları özlərindən başqa heç kim oxumur və oxuma sayını artırmaq üçün özləri girib tıklayırlar. Yazılana görə, guya məclisə lüt gələnlər olub. Guya qonaqlar arasında kimlərsə olub və sairə. Mənim ad günümün fotoları da var, videosu da. Amma mən heç kimə, heç nəyi sübut etmək niyyətində deyiləm. "

Zöhrab Ağayev şayiələri yayanların kim olduğundan xəbərdar olduğunu söyləyərək, həmin insana ismarıc göndərdi: "Bunların arxasında kimin durduğunu çox gözəl bilirəm. O insan mənim keçmiş dostlarımdan biridir. Sadəcə demək istəyirəm ki, başa düşürəm, siz məni çəkə bilmirsiz. Amma mənim də səbr kasam dolacaq və sənin haqqında elə faktlar ortaya qoyacam ki, təkcə Azərbaycandan deyil, Yer üzündən baş götürüb qaçmaq istəyəcəksən. Xahiş edirəm sakit ol. Mənimlə işin olmasın. Həmin şəxsin adını açıqlamayacam. Özü bilir ki, söhbət ondan gedir".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi