Düşmənlə üz-üzə həyat - Fotolar

dusmenle-uz-uze-heyat-
Oxunma sayı: 3188

“Azərbaycan” qəzeti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən reportaj hazırlayıb.

Qafqazinfo” xəbər verir ki, reportajda bildirilir ki, hazırda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov da buradadır və kəndin bərpası ilə bağlı görülən işlərə nəzarət edir. Qəzet yazır ki, hələlik kənddə yaşayan yeganə ailə olan Həziyevlərin evi son günlər sanki qərargaha çevrilib. Çünki kəndə gələn bütün dövlət rəsmiləri, rəhbər şəxslər mütləq bu evə baş çəkir, müzakirələrini burada aparırlar.

Cocuq Mərcanlının yenidən qurulmasının layihələndirilməsi ilə əlaqədar kəndə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikinti və Təmir şöbəsinin müdiri Ələddin Məmmədov bildirib ki, ilkin mərhələdə inşası nəzərdə tutulan 50 ev 10 hektar sahədə tikiləcək. Hazırda işlər layihələndirmə mərhələsindədir. Bütün tədbirlər vaxtında yerinə yetirilsə, Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının birinci mərhələsini payıza qədər başa çatdırmaq mümkündür. Yəni o vaxta qədər 50 ev və digər infrastruktur obyektləri inşa olunacaq.