“Əvvəl də ər-arvad kimi yaşayırdıq...” - Fotolar

evvel-de-er-arvad-kimi-yasayirdiq
Oxunma sayı: 6215

Aktrisa Jennifer Aniston Harper 's Bazaar jurnalının aprel sayının siması olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı aktrisa jurnala müsahibəsində gənc görünməyinin sirrini açıqlayıb.

Aniston bildirib ki, şən həyat yaşadığı üçün gənc qalıb. Hollivud ulduzu 2015-ci ildə evləndiyi Justin Therouxla çox əyləndiyini deyib:

“Çox şanslıyam, çünki Justin həyatımda gördüyüm ən gülməli insandır. Bir-birimizi davamlı olaraq güldürürük. Şən həyat yaşamaq gənc qalmağın ən böyük açarıdır. Evlilik bizim münasibətimizə təsir etmədi. Evlənmədən öncə də  ər-arvad kimi yaşayırdıq”.