İntihar etmək niyə günahdır? - - Açıqlama

intihar-etmek-niye-gunahdir-
Oxunma sayı: 9297


“Qafqazinfo” xəbər verir ki, ilahiyyatçı Əkrəm Həsənov analitik.az-a deyir ki, islam dininə görə kim intihar edirsə cəhənnəmə gedir: 

“Hətta peyğəmbərimiz də hədislərində buyurur ki, kim hansı formada intihar edirsə, cəhənnəmdə də eyni tərzdə cəzalandırılacaq. Qurani-Kərimdə özünüzü öldürməyin, deyə ayə var. Bütün bunların timsalında deyə bilərəm ki, İslam dini qəti şəkildə insanların özünə qəsd etməsinə icazə vermir. Təsəvvür edin ki, Peyğəmbərin dönəmində bəzi insanlar intihar etmişdil, onların cənazə namazlarını qılmayıblar. Bu bir növ insanları intihardan çəkindirmək məqsədilə olub. Fikirləşmək lazımdır ki, bu bizim hazırda yaşadığımız bədənimiz bir qəlibdir. O qəlibi Allah bizə əmanət kimi verib. Hansısa formada biz həmin əmanətə zərbə vururuqsa, ziyan veririksə, bu verilən əmanətə qarşı xəyanətdir”.

 Ə. Həsənovun sözlərinə görə, intihar etmək təkcə müsəlmanlara yox, keçmiş ümmətlərdə də qadağan edilib. Necə ki, Peyğəmbərimiz bir hədisində belə buyurub: 

“Sizdən əvvəlki ümmətlərdən yaralı bir adam var idi. Yarasının ağrısına dözə bilməyərək, bir bıçaq götürdü və əlini kəsdi. Ancaq qan kəsilmədiyi üçün adam öldü. Bunun üzərinə Allah təala, "qulum öz canı haqqında mənim önümə keçdi, mən də ona cənnəti haram etdim”, - buyurub.