AzTV-dən Ukraynadakı müxbir haqda xəbərlərə - Münasibət+Yenilənib

aztv-den-ukraynadaki-muxbir-haqda-xeberlere-
Oxunma sayı: 3328

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) Ukrayna və Şərqi Avropa üzrə müxbiri Möhsüm Aslanov haqqında yayılan söhbətlərə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, kanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Modern.az-a açıqlamasında Ukraynada naməlum şəxslərin Aslanovu oğurlamaq istəməsi ilə bağlı xəbərləri təkzib edib: “Möhsüm Aslanovun haqqında yayılanların hamısı iftiradır. Elə bir şey yoxdur. Jurnalist işinin başındadır”.

Xatırladaq ki, məlumatlara görə, guya, həmin şəxslər jurnalisti oğurlaya bilmədiklərinə görə Ukraynada yaşayan 1 neçə soydaşımızı oğurlayıblar. Sözügedən informasiyalarda məhz bu səbəbdən Möhsüm Aslanovun işindən azad edildiyi qeyd edilirdi.

***

Məsələyə jurnalist özü də münasibət bildirib. O, qeyd edib ki, bunlar uydurma məlumatlardır:

“Nə qədər bayağı və gülünc doğuran düşüncə tərzi... Əvvala, o iftira yazıda adları hallanan soydaşlarımız Gürcüstan vətəndaşıdırlar və onlar hazırda ailələri ilə birlikdədirlər. Məni ən çox üzən və məyus edən məsələ son illər jurnalist adı ilə Ukraynada peyda olmuş bir sıra dırnaqarası jurnalistlərin qapı-qapı düşərək Azərbaycan diasporunu zinhara gətirməklə, əsl jurnalist adına, jurnalist ləyaqətinə ləkə vurmalarıdır”.

Jurnalist əlavə edib ki, həmin şəxslər Ukraynadakı Azərbaycan disporu ilə bağlı silsilə yalan və uydurma məlumatlar yayırlar:

“Onların nəzərinə çatdırmaq istəyirəm ki, mən Ukraynada cibimdə Qələm gəzdirirəm. Sizin kimi düşüb Ukraynadakı diasporumuzun həyət-bacalarında Ələm gəzdirmirəm”.