Tanınmış şoumen Qorxmaz Əlili Bakıda məskunlaşmış qaçqınlar haqda paylaşım edib.
“Qafqazinfo” baku.ws-a istinadən məlumat verir ki, şoumen şəxsi Facebook hesabında Şirməmməd Hüseynovun jurnalist MirŞahinlə olan müsahibəsinin videosunu paylaşaraq qaçqınların ünvanına etirazlara səbəb olan sözlər yazıb:
“Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. 20 faiz əsil qaçqınlıq həyatı sürdülər, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər”.
Son xəbərlər
Son Xəbərlər