“Çox kişi istədi ki...” – - Rəqsanə

-cox-kisi-istedi-ki-
Oxunma sayı: 5589


Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” dərgisinə müsahibəsində bu cür kişilərin həyatında çox olduğunu deyib: 

“Maddiyyatdan çox sevib-sevilməyə önəm verirəm. Həyatımda çox kişi istədi ki, onları dolandırım. Yaxşı ki, tez ayıldım. Özüm qazanan qadınam. Əgər bir qadın evinə qazanc apara bilirsə, o, yüz kişidən qeyrətlidir. İndiki qazancımla yüz kişini dolandıraram”. 

Sevgilisindən danışan Rəqsanə “ZAQS”ı olduğunu və bundan sonra toy etməyəcəyini söyləyib: 

“Mənim üçün toy vacib deyil. Əsas odur ki, biz bir-birimizi sevir və dəyər veririk. Təkcə onu deyə bilərəm ki “ZAQS”ımız var. Artıq nə istəyirəm ki, toyum olsun, nə də şəxsi həyatım haqqında mətbuatda nələrsə yazılsın. Həyatımdakı kişi çox layiqli və dəyərli insandır”.