Manaf Ağayev Akif Çovdarovun adı hallanan məhkəmədə - Yenilənib

-manaf-agayev-akif-covdarovun-adi-hallanan-mehkemede
Oxunma sayı: 8381

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

İclasda dövlət ittihamçısı ittiham aktını elan edib. İ.Qasımov özünü təqsirli bilmədiyini deyib. Ona sərbəst ifadə vermək təklif olunsa da, bundan imtina edib.

Bundan sonar zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkən Mehriban Hüseynova ifadə verərək deyib ki, İ.Qasımova ev almaq üçün 53 min manat pul verib: “Sonra gördüm ki, bu şirkətin vəziyyəti yaxşı deyil. İlham Qasımova dedim evi başqasına satdı. Əvvəl pulumu verməsə də, sonra ödədi. Heç bir şikayətim yoxdur”.

Digər zərərçəkən Sahib Muradov isə hələ də ona dəyən ziyanın ödənilmədiyni deyib: “Mən də ev almaq üçün İlham Qasımova 76 min manat verdim. Sonra o mənim evimi satdı, pulumu da qaytarmadı. Mənə dəyən maddi ziyanın ödənilməsini istəyirəm”.

Məhkəmədə müğənni Manaf Ağayev də iştirak edib. Növbəti proseslərdə o sahid kimi ifadə verəcək.

Məhkəmə prosesi oktyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

***

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni Manaf Ağayevlə əlaqə saxlayıb. İfaçı məsələyə bu cür aydınlıq gətirib: “Mən dostum İlham Qasımovun işinə görə məhkəməyə dəvət olunmuşam. Bir çoxlarına bəllidir ki, bu məhkəmə Gülağa Tənha ilə İlham Qasımovun məhkəməsidir. Yəni Akif Covdarovla bağlı deyil. Niyə mənim adımı mediada Akif Covdarovla birgə çəkdiklərini isə heç anlaya bilmirəm. Məni İlham Qasımova görə üç  dəfə məhkəməyə dəvət ediblər, amma dindirilməmişəm. Axırıncı dəfə məhkəməyə getdik, söylədilər ki, oktyabrın 7-nə qaldı. Həmin gün yenidən gedəcəyəm. Mediadan çox xahiş edirəm ki, xəbəri  yazmazdan əvvəl mənimlə əlaqə saxlasınlar". 

Murad Əhməd