“Xoşbəxtəm ki, onu görmüşəm”

-xosbextem-ki-onu-gormusem
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, konsertdə görkəmli bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanovun əsərləri səslənib. Gecədə eyni zamanda Tofiq Bakıxanovun Ramil Qasımov üçün yazdığı yeni əsərlər də ifa olunub. Həmçinin “Söz düşəndə”, “Bağışla məni” romansları, “Sevən könül”, “Vətən nəğməsi”, Mustafa Kamal Paşa Atatürkə həsr olunan poema tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

R. Qasımov konsertdə çıxışı zamanı Tofiq Quliyevi canlı gördüyü və onunla çoxsaylı söhbətləri olduğu üçün şərəf duyduğunu deyib. O eləcə də, Tofiq Bakıxanovla işbirliyindən böyük zövq aldığını bildirib: “Xoşbəxtəm ki, Tofiq Quliyevi görən azsaylı gənclərdənəm. Onunla söhbət etmək çox böyük yüksəlişdir. Tofiq Bakıxanovla isə bu gün işləmək qürurvericidir. Allah sənətkarımıza ömür versin”.

Nigar Məmmədli