Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.
Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, onlar məktəbdə yedikləri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbindən “Qafqazinfo”ya bildirilib ki, dərs prosesi zamanı özünü pis hiss edən şagirdlərin hamısı xəstəxanadan evə buraxılıb.
***
Göygöl Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb”.
Son xəbərlər
Son Xəbərlər